Prezident İlham Əliyev: “Hazırda bizim üçün birinci dərəcəli məsələ insanların sağlamlığı, onların həyatıdır”.

Hazırda bizim üçün birinci dərəcəli məsələ insanların sağlamlığı, onların həyatıdır.

Azfood Milli.Az və AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev iyulun 29-da Şəkidə modul tipli xəstəxana ilə tanışlıqdan sonra həkimlərlə görüşündə çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

“Bu gün bizim altı aylıq yekunlarımız bütün başqa ölkələr kimi, o qədər də müsbət deyil. İqtisadiyyat tənəzzülə uğrayıb. Düzdür, tənəzzül o qədər də böyük deyil – 2,7 faizdir. Amma bu il üçün bizim planlarımız çox böyük idi. Buna baxmayaraq, heç bir sosial layihə ixtisar edilmir və edilməyəcək. Əksinə, həm xəstəliklə mübarizəyə, eyni zamanda, xəstəlikdən əziyyət çəkən insanların maddi vəziyyətinin yaxşılaşmasına bu qədər vəsait xərclənib və xərclənəcək. Yüz minlərlə insan dövlət tərəfindən maddi dəstəklə əhatə olunub. Biz xərclərimizi artırmalı oluruq və büdcə xərclərimizə yenidən baxmalıyıq. Çünki bu məqsədlər üçün əlavə vəsaitin cəlb edilməsi qaçılmaz olacaq. Bu vəsait, əlbəttə, büdcədə nəzərdə tutulmamışdır. Ona görə yəqin ki, büdcəyə dəyişiklik ediləcək və hesab edirəm, bu, düzgün addımdır. Çünki hazırda bizim üçün birinci dərəcəli məsələ insanların sağlamlığı, onların həyatıdır.

Əlbəttə ki, dövlətin səyləri ilə bərabər, həkimlərin fəaliyyətindən çox şey asılıdır, onların rolu həlledicidir. Siz daim xəstələrlə təmasdasınız, öz sağlamlığınızı, həyatınızı risk altına qoyursunuz. Əfsuslar olsun ki, həkimlər arasında ölənlərin sayı artır. Biz bu vəziyyətdən ancaq birgə səylərlə çıxa bilərik – dövlət orqanlarının məsuliyyəti, həkimlərin peşəkarlığı, onların öz andına sadiqliyi və vətəndaşların məsuliyyəti. Biz bu vəziyyətdən birgə səylərlə çıxmalıyıq. Əminəm ki, belə də olacaq. Sizə uğurlar arzulayıram. Xəstələrə yaxşı baxın. Özünüzü, yaxınlarınızı yaxşı qoruyun. Çalışın, xəstələnməyin. Sizə cansağlığı, uğurlar arzulayıram. Sizi bir daha təbrik edirəm”.

Maşallah

Next Post

Möcüzəli yağın faydaları

C İyl 31 , 2020
Zeytunun əzilib sıxılması və qara su adlanan hissəsinin ayrılması nəticəsində yağ əmələ gəlir. Zeytun yağı tamamilə fiziki üsullarla istehsal olunur və burada heç bir kimyəvi vasitədən istifadə edilmir. AzFood.az AZƏRTAC-a istinadən bildirir ki, sızma üsulla əldə olunan, yəni rafinə edilməmiş zeytun yağının bir çox üstünlükləri var. Yeməklərə və salatlara digər […]