Ən ziyanlı qidaların REYTİNQİ

İnsanın qidalanması onun sağlamlığına böyük təsir edir. Bəzi qida məhsulları xəstəliklərin riskini artırır, digərləri isə əksinə azaldır.

Belə ki, meyvə-tərəvəz, göyərti, yarmalar, süd məhsulları, yumurta, paxlalılar, balıq sağlamlıq üçün ən faydalı qidalardır.

AzFood.az xarici KİV-lərə istinadla bildirir ki, Amerika Kliniki Onkologiya Cəmiyyəti  (American Society of Clinical Oncology – ASCO) ən ziyanlı məhsulların “reytinqi”ni tərtib edib. Mütəxəssislər qeyd edirlər ki, onların sadaladığı məhsullar tək xərçəngin deyil, bir çox digər xəstəliklərin də (ürək-damar sistemi, maddələr mübadiləsi, qaraciyər, böyrək və s. xəstəlikləri) riskini artırır.

Beləliklə, sizə ən ziyanlı qidaların reytinqini təqdim edirik:

1. Hisə verilmiş kolbasa

Hisə verilmə zamanı tərkibində çoxlu sayda ziyanlı maddələr olan tüstü ifraz olunur. 50 qr hisə verilmiş kolbasanın tərkibində olan kanserogenlər 1 qutu siqaretdə olduğu qədərdir. Həmçinin hisə verilmiş kolbasa ürək-damar sisteminə, qaraciyərə çox mənfi təsir edir.

2. Sosis, kolbasa, vetçina

Bu məhsulların gündəlik istehlakı yoğun bağırsaq xərçənginin riskini 18% artırır.

3. Peçenye, vafli və s. şirniyyatlar

Onlar trans-yağlar (marqarin, palma yağı) və şəkərlə zəngindir. Trans-yağlar onkoloji və ürək-damar sistemi xəstəliklərinin riskini xeyli artırır.

Həmçinin bu məhsulların tərkibində olan bol şəkər damarlarda iltihab yaradaraq aterosklerozun inkişafına səbəb olur. Bildiyimiz kimi, ateroskleroz zamanı damarlarda artıq xolesterin (piyə oxşar maddə) yığılır. Lakin xolesterin sağlam damarlarda deyil, iltihablaşmış, xəstə damarlarda toplanır. Məhz şəkər damarların daxili divarlarında iltihab yaradaraq aterosklerozun inkişafına şərait yaradır.

4. Şirin qazlı içkilər

Burada da əsas risk şəkərin çoxlu olmasıdır. Həmçinin belə içkilər fosfatlarla da zəngindir. Fosfat turşusu sümük toxumasını dağıdır və böyrəklərə mənfi təsir edir. Şirin qazlı içkilərdən sui-istifadə hipertoniya, piylənmə, osteoporoz kimi xəstəliklərin riskini artırır.

5. Spirtli içkilər

Bu içkilərin tərkibində olan etanol ən güclü kanserogendir. Həmçinin etanol ürək, qaraciyər, böyrəklər və bir çox orqan və sistemlərə ciddi ziyan vurur.

6. Müxtəlif souslar (ketçup, mayonez, pendirli souslar və s.)

Tərkibində çoxlu yağ, duz və şəkər var.

7. Çipsi

Yağ, duz və müxtəlif kimyəvi qatqılarla “zəngindir”. Həmçinin çipsi qızardılır.

8. Popkorn

Popkornun hazırlanması zamanı dəfələrlə eyni yağdan istifadə olunur. Bu zaman yağda kanserogen maddələrinin miqdarı kəskin artır.

Nurlan

Next Post

Bu vərdiş ürəktutması riskini artırır

C İyl 31 , 2020
Televizora uzun müddət baxmaq vərdişi ürəktutması riskini artırır. AzFood.az “Daily Mail”ə istinadən xəbər verir ki, bu qənaətə britaniyalı alimlər gəliblər. Məlumata görə, eksperimentdə yaşı 37-dən 73-dək olan 500 min civarında könüllü iştirak edib. Onlar anketlərdə gündəlik neçə saat televizor qarşısında oturduqlarını qeyd ediblər. Araşdırmanın nəticələrinə görə, televizor qarşısında gündə 2 saatdan […]