Bu rayonda tədarük olunan pomidor və xiyarın 124 tonu istixanalardan yığılıb

Biləsuvarda bu mövsüm 765,4 hektar sahədə pomidor və xiyar əkilib ki, bunun da 655,4 hektarı pomidor, 110 hektarı isə xiyar sahəsidir. Məhsul istehsalçıları əkin sahəsində nümunəvi becərmə işləri apardıqları üçün plantasiyalarda məhsul çoxdur.

AzFood.az xəbər verir ki, rayon statistika idarəsindən bildirilib ki, cari il biləsuvarlı əkinçilər erkən yazda ümumilikdə 765,4 hektar sahədə pomidor və xiyar bitkisi becəriblər. Məhsul yığımına vaxtında başlayan torpaq sahibləri indiyədək 655,4 hektar pomidor sahəsinin 39,2 hektarından 1454 ton, 110 hektar xiyar sahəsinin 46,5 hektarından isə 1092,5 ton məhsul toplayıblar. Pomidor sahəsinin hər hektarının məhsuldarlığı 370,9 sentner, xiyar sahəsininki isə 234,4 sentner olub. Yığılan pomidor və xiyarın 124,4 tonu istixana komplekslərindən toplanılıb. Rayonda tərəvəz yığımının sürəti günbəgün artır. Fermerlər gün ərzindən 40-45 hektar sahənin məhsulunu yığırlar.

Qeyd edək ki, biləsuvarlı əkinçilərin yarım ildə istehsal etdiyi pomidor və xiyar ötən ilin eyni dövrü ilə müqayisədə 1459,9 ton çoxdur.

Nurlan

Next Post

Aqrar sığortanın fermerlərə hansı faydası olacaq? - AÇIQLAMA

C İyl 31 , 2020
Ölkəmizdə bu ildən fermerlər aqrar sığorta ala biləcəklər. Azfood Fins.az-a istinadla sözügedən sığorta növünün faydaları ilə bağlı Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqovun fikirlərini təqdim edir. Qısa şəkildə desək, aqrar sığorta fermerlərin və təsərrüfat sahiblərinin məhsullarını və gəlirlərini qoruyacaq. Burada bir məqamı qeyd edim ki, Aqrar Sığorta Fondu […]