ÜST: Yay fəslinə arxayın olmayın, fiziki məsafə gözləyin

Ümumdünya Səhiyyə Təşkilatında (ÜST) belə hesab edirlər ki, COVID-19-un yayılması mövsümi xarakter daşımır və havanın dəyişməsi ilə bağlı deyil. Virusun yayılmasını dayandırmaq üçün hamıya məlum olan sadə tədbirlər görülməlidir. Onların ən əsası – fiziki məsafəyə riayət etməkdir.

AzFood.az AZƏRTAC-a istinadən bildirir ki, ÜST-nin nümayəndəsi doktor Marqaret Harris deyib: “İlin fəslinin virusun yayılmasına təsir göstərdiyini iddia etməyə əsas yoxdur. Lakin bu məlumdur ki, virus insanların çox toplaşdığı, fiziki məsafəyə riayət edilməyən və yaxın kontaktın qarşısını alan tədbirlər görülməyən yerlərdə yayılır”

Bu günə qədər ÜST-yə daxil olmuş məlumata görə, qlobal miqyasda COVID-19-a yoluxma hallarının sayı 16.301.736, ölüm hallarının sayı 650.069-dur.

Pandemiyanın episentri yenə Şimali və Cənubi Amerikadadır. Yoluxma hallarının 8,7 milyonu orada qeydə alınıb. İkinci yeri Avropa (3,2 milyon), sonrakı yerləri Cənub-Şərqi Asiya (1,8 milyon), Şərqi Aralıq dənizi bölgəsi (1,5 milyon), Afrika (712.920) və Qərbi Sakit okean regionu tutur (291.993).

Marqaret Harris Cenevrədə keçirdiyi mətbuat konfransında belə bir fikri qəti inkar edib ki, guya COVID-19 mövsümi xarakter daşıyır və buna görə də dalğa şəklində gəlib keçəcək. “Yayın qızmar dövründə ABŞ-da çox böyük yoluxma dalğası müşahidə olunur, yoluxma hallarının sayı orada daha yüksəkdir”, – deyən doktor Harris xatırladıb ki, ekvatorial ölkə olan Braziliya infeksiyanın yayılma sürətinə və miqyasına görə yalnız ABŞ-dan geri qalır.

Doktor Harrisin sözlərinə görə, artıq qış fəslinin başlandığı cənub yarımkürəsində çox “maraqlı” vəziyyət yaranıb: orada mövsümi qrip deyil, COVID yoluxması yüksək səviyyədədir. Mülayim iqlimli ölkələrdə qrip virusu “mövsümlərarası” vəziyyətə qayıdıb.

Nurlan

Next Post

Vanil və badam dadı verən qarpız YETİŞDİRİLDİ

Ca İyl 30 , 2020
Rusiyanın Həştərxan vilayətində ağ rəngli yeni qarpız növü yetişdirilib. AzFood.az xəbər ki, yeni qarpız növü digərlərindən fərqlənərək qırmızı yox, ağ rəngdədir. Vanil tamlı qarpızı yetişdirmək üçün seleksiyaçılar 15 il müddətində sınaq aparıblar. İstehsalçılar qarpızın dadının da, rəngi kimi fərqli olduğunu deyiblər. Belə ki, badam və vanil tamlı qarpızın tezliklə satışa […]