COVID-19. Yaşlılar və cavanlarda simptomlar müxtəlifdir

Koronavirus hələ tam öyrənilməyib və bu səbəbdən koronavirusla bağlı hər dəfə yeni və yeni faktlar üzə çıxır.

Yüksək qızdırma, quru öskürək, nəfəsalmanın çətinləşməsi koronavirusun əsas simptomları sayılır.

Lakin bəzi hallarda koronavirus infeksiyası tam başqa simptomlarla özünü büruzə verir. Mütəxəssislər qeyd edir ki, bir çox cavan xəstələrdə koronavirusun erkən simptomları qarında ağrılar, ishal və qusma idi. Bu pnevmoniyanın ağciyərin aşağı paylarında inkişafı ilə bağlıdır. Onların iltihabı diafraqmanın qıcıqlanması və qarın ağrılarına səbəb ola bilir.

Daha sonra cavan xəstələrdə koronavirusun “klasik” simptomları əmələ gəlirdi.

AzFood.az Express-ə istinadla xəbər verir ki, əksinə yaşlı insanlarda koronavirusun ilk simptomları kimi respirator simptomlar (qızdırma, öskürək, nəfəsalma problemləri) meydana çıxır.

AzFood

Next Post

Tibbi maska və sosial məsafə koronavirusdan necə qoruyur? ARAŞDIRMA

Ca İyn 11 , 2020
Həftə sonu sərt karantin rejiminin tətbiqindən sonra həyat yenidən normala döndü. Hərçənd, ölkədə koronavirusa yoluxma statistikasının artan templə davam etməsi fonunda vətəndaşların həyati üçün risk olduqca yüksəkdir. Hər gün küçədə, ictimai nqəliyyatda, metroda, yaxud iş yerində yüzlərlə insanla qarşılaşdığımızı nəzərə alsaq, “təhlükə bizi qarabaqara izləyir” deyə bilərik. Bizi izləyən virusdan […]