Sahibkarların NƏZƏRİNƏ!

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə sentyabrın 25-də saat 11.00-da sahibkarlar üçün korporativ idarəetmə və onun şirkətin səmərəli fəaliyyətində rolu, daxili bazar araşdırmaları və investisiya təşviqi sənədi mövzularında onlayn maarifləndirici tədbir keçiriləcək.

Onlayn tədbirdə İqtisadiyyat Nazirliyi və KOBİA-nın nümayəndələri tərəfindən müvafiq mövzular üzrə sahibkarlar məlumatlandırılacaq, onları maraqlandıran suallar cavablandırılacaqdır.

Tədbirə ölkənin istənilən yerindən internetə çıxışı olan kompyuter, planşet və mobil telefondan istifadə etməklə qoşulmaq mümkündür (şifrə 152549497):

– Kompyuter vasitəsilə birbaşa qoşulmaq üçün https://zoom.us/j/152549497 linkinə daxil olmaqla;

– iPhone və Android vasitəsilə “App Store”dan və “Google Play”dən “Zoom Cloud Meetings” tətbiqini yükləməklə.

Agentliyin ölkənin 14 şəhər və rayonunda fəaliyyət göstərən KOB dostları onlayn tədbirə qoşulmaq istəyən sahibkarlara hər cür dəstək göstərəcəkdir.

Tədbirə qoşulmaqla bağlı istənilən məsələ ilə əlaqədar KOBİA-ya müraciət edə bilərsiniz (055 525 30 30, Adil Əhmədov).

AzFood

Next Post

KOBİA yanında İctimai Şura “Tibb biznesi sektoru: mövcud vəziyyət və perspektivlər” mövzusunda Forum keçirib

Şb Sen 21 , 2019
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın təşkilatçılığı ilə “Tibb biznesi sektoru: mövcud vəziyyət və perspektivlər” mövzusunda Forum keçirilib.